"Bülbülün Şuşadakı ev muzeyinin bərpası ilə bağlı layihə hazırlanır" - Anar Kərimov

17:25 10.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bülbülün Şuşadakı ev muzeyinin bərpası ilə bağlı layihə hazırlanır".

Hafta.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir layihə təsdiq olunandan sonra muzeyin bərpa işlərinin nəzərdən keçiriləcəyini qeyd edib:

"Bildiyiniz kimi, Polad Bülbüloğlu bu yaxında oranı ziyarət etmişdi. Muzeyin bərpasının Polad Bülbüloğlunun hesabına, yoxsa dövlət hesabına aparılacağı onunla danışıqlardan sonra müəyyən olunacaq".